AZ

"Qarabağ"da tufanqabağı sakitlik - Qərar verildi

Cari mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında layiqincə təmsil edən, turnirin pley-off mərhələsinə qədər irəliləyən "Qarabağ"da tufanqabağı sakitlikdir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi çempion olmasa belə, tarixinin ən sanballı transferlərini bu yay həyata keçirməyi planlaşdırır.

Artıq heyətdəki futbolçularla danışıqlara başlayan rəhbərlik vacib oyunçuların komandada saxlanılmasını təmin etməkdə, eləcə də bütün mövqelərdə rəqabətin artırılmasında maraqlıdır. 

Toral Bayramov, Elvin Cəfərquliyev, Kadi, Leandro Andrade, Kevin Medina, Mateuş Silva və Pedro Bikalyo kimi aparıcı futbolçuları çoxsaylı təkliflərə rəğmən, satmaq niyyətində olmayan klub hazırda 10-dan çox legionerlə bağlı transfer çalışmalarını həyata keçirir. Düzdür, indiki heyətdə yeni mövsümə başqa komandalarda başlayacaq adlar da var. Məsələn, Aleksey Kaşuk, Emmanuel Addai kimi legionerlərlə yolların ayrılacağı dəqiqləşibsə, xorvat əsilli almaniyalı qolkiper Fabian Buntiçin də özünə yeni iş yeri axtarmaq ehtimalı yüksəkdir. Yerlilərdən isə yol üstündə olan komandadakı rəqabətə tab gətirməyən Abbas Hüseynovdur. Ancaq reallıq budur ki, "ağ-göylər"i Marko Yankoviç də tərk etsə belə, növbəti mövsümdə daha keyfiyyətli oyunçulardan qurulmuş "Qarabağ" görəcəyik. Klub transferlərə ayrılan büdcəni nəzərəçarpan dərəcədə artırıb və ölkə futbolundakı hegemonluğunu qorumaqda israrlıdır. 

Toğrul

Seçilən
37
1
fanat.az

2Mənbələr