AZ

Bu ərazilərə yenidən yağış yağacaq - Rayonların havası

Aprelin 3-də Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava olacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntı gözlənilir. Arabir duman müşahidə olunacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 17-22° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Şərqi Zəngəzurda, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda əsasən yağmursuz hava olacaq, lakin səhər yüksək dağlıq ərazilərdə arabir yağıntı mümkündür. Arabir duman müşahidə olunacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, dağlıq ərazilərdə 1°-dək şaxta, gündüz 14-19° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış ehtimalı var. Arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 19-24° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntı ehtimalı var. Arabir duman müşahidə olunacaq, qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada əsasən yağmursuz olacaq, arabir duman müşahidə olunacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış ehtimalı var. Gecə və səhər duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 8-10° isti, gündüz 15-19° isti olacaq.


Telegram kanalımız
Seçilən
42
49
yenisabah.az

10Mənbələr