AZ

BŞTİ-yə mart ayında edilən müraciət sayı açıqlandı » AzadMedia.az


Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 6 418 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 3 673 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 986 müraciət daxil olub.

BŞTİ-yə 1 518 sənəd (vətəndaşlar tərəfindən 396 ərizə, Elm və Təhsil Nazirliyindən 284, digər qurumlardan 332, tabelikdə olan təhsil müəssisələrindən 327 məktub və 179 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 241 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
Seçilən
19
6
azadmedia.az

7Mənbələr