AZ

Türkmənistan beynəlxalq nəqliyyat koridorlarının inkişafına xüsusi əhəmiyyət verir

Bakı, 2 aprel, AZƏRTAC

Beynəlxalq nəqliyyat koridorlarının inkişafı ölkələrimiz arasındakı iqtisadi inteqrasiyanın güclənməsinə əhəmiyyətli töhfədir. Türkmənistan qədim Böyük İpək Yolunu müasir şəraitdə dirçəltmək təşəbbüslərini davamlı şəkildə irəli aparmaqla Şərq-Qərb və Şimal-Cənub marşrutları boyunca nəqliyyat koridorlarının inkişafına xüsusi əhəmiyyət verir.

AZƏRTAC xəbər verir ki, bunu Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökerquli Ataquliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

"Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Koridoru, Lazurit dəhlizi və Xəzər dənizi–Qara dəniz və Mərkəzi Asiya–Yaxın Şərq nəqliyyat marşrutları regionlararası ticarət və iqtisadi əlaqələrin inkişafında əsas rol oynayır. Bu, dəhlizləri təkmilləşdirmək ticarəti artırmaq və iqtisadiyyatın digər sahələrində əməkdaşlığı gücləndirmək üçün geniş imkanlar açır", - deyə Nökerquli Ataquliyev bildirib.

Seçilən
33
5
azertag.az

6Mənbələr