AZ

Özbəkistan Türk Dövlətlərinin Sənaye İttifaqının yaradılmasını dəstəkləyir

Bakı, 2 aprel, AZƏRTAC

Biz iqtisadi inteqrasiyanı dərinləşdirmək məqsədilə Baş nazir müavinlərinin sədrliyi ilə Türk Dövlətləri Təşkilatının İqtisadi Tərəfdaşlıq üzrə Daimi Şurasının təsis olunmasını vacib hesab edirik. Biz üzv dövlətlərin həmin mexanizmə və onun qısa zamanda təsdiq edilməsinə verəcəyi dəstəyə ümid edirik.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

"Sənaye əməkdaşlığı və strateji ehtiyatlar sahəsində əməkdaşlığın inkişafı qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biridir. Bu baxımdan düşünürük ki, Türk Dövlətlərinin Sənaye İttifaqının qurulması, o cümlədən tammərhələli istehsalat dəyər zəncirlərinin yaradılmasına yönəlmiş strateji minerallar üzrə əməkdaşlıq proqramının qəbul edilməsi üçün səylərin intensivləşdirilməsi zəruridir"-, deyə Baş nazir əlavə edib.

Seçilən
57
3
azertag.az

4Mənbələr