AZ

Baş nazir Abdulla Aripov: Qəbələdə əldə olunan razılaşmalar əməkdaşlığın genişləndirilməsinə təkandır

Bakı, 2 aprel, AZƏRTAC

Bugünkü görüş beynəlxalq münasibətlərdə dərin transformasiyaların baş verdiyi bir şəraitdə keçirilir. Biz görünməmiş çağırışlar və qeyri-müəyyənliklərlə səciyyələnən mühüm anları yaşayırıq. Münaqişələr, iqtisadi qarışıqlıqlar, texnoloji pozuntular və hibrid təhlükələr beynəlxalq mühiti get-gedə daha mürəkkəb formaya salır. Beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlığın qlobal arxitekturası parçalanma təhlükəsi önündədir.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın Baş naziri Abdulla Aripov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

"Regional təşkilatların etimada, tarixi yaxınlığa və uzunmüddətli ortaq maraqlara əsaslanan ruhu qətiyyətlə qorunmaqdadır. Belə şəraitdə Türk Dövlətləri Təşkilatı daxilində səylərin birləşdirilməsi olduqca əhəmiyyətlidir. Eyni zamanda, xalqlarımızın yaşayış standartlarının və rifahının yaxşılaşdırılması üçün münasib şəraitin yaradılması əsas prioritetlərimiz sırasında qalmalıdır", - deyə Özbəkistanın Baş naziri diqqətə çatdırıb.

Onun sözlərinə görə Qəbələ Zirvə görüşündən sonra əldə olunmuş razılaşmalar əməkdaşlığın genişləndirilməsinə, eləcə də qarşılıqlı ticarət və sərmayələrin artırılmasına əlavə təkan verəcək. "Bu baxımdan, Türk Dövlətləri Təşkilatının yeni inkişaf strategiyasının layihələndirilməsi təxirəsalınmaz məsələyə çevrilib. Özbəkistan təşkilatın üzv dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsini hər tərəfli şəkildə dəstəkləyir", - deyə A.Aripov bildirib.

Seçilən
51
3
azertag.az

4Mənbələr