AZ

Maykl Cordan bütün dövrlərin ən çox qazanan idmançısı olub

Maykl Cordan bütün dövrlərin ən çox qazanan idmançısı olub

Amerikalı basketbolçu Michael Jordan Sportico nəşrinin versiyasına görə bütün dövrlərin ən çox qazanan idmançısı seçilib. Onun ümumi gəliri 4,5 milyard dollar olaraq qiymətləndirilib. 2003-cü ildə karyerasını başa vuran altıqat NBA çempionunun real qazancı inflyasiya nəzərə alınmaqla yenidən hesablanıb və 3,28 milyard dollar təşkil edib.

Reytinqdə ikinci yeri amerikalı qolfçu Tiger Woods (2,88 milyard dollar) tutur. İlk üçlüyü isə hazırda Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən portuqaliyalı futbolçu Cristiano Ronaldo (2,52 milyard dollar) tamamlayır.

Top-10 siyahısına daxil olan digər idmançılar:

LeBron James — 2,03 milyard dollar

Lionel Messi — 1,99 milyard dollar

Arnold Palmer — 1,85 milyard dollar

Jack Nicklaus — 1,83 milyard dollar

David Beckham — 1,26 milyard dollar

Roger Federer — 1,29 milyard dollar

Floyd Mayweather Jr. — 1,16 milyard dollar

Ümumilikdə siyahıya 50 idmançı daxil edilib. Onlar 17 müxtəlif ölkəni və 10 fərqli idman növünü təmsil edirlər. Reytinq tərtib edilərkən idmançıların 2026-cı ilə qədər əldə etdikləri bütün gəlirlər — o cümlədən peşəkar karyeradan sonra qazandıqları vəsaitlər də nəzərə alınıb. Siyahıda yer alan 50 nəfərdən yalnız 17-si hazırda aktiv idmançıdır.

Seçilən
18
ikisahil.az

1Mənbələr