AZ

Azərbaycan telekanallarını kimlər idarə edir? – Bəzi adlar təəccübləndirir

Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarına rəhbərlik edən şəxslərlə bağlı maraqlı faktlar üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, yerli media qurumlarının rəhbər heyəti əsasən kişilərdən ibarətdir və yalnız bir televiziya kanalına qadın rəhbərlik edir.

Məlumata görə, İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımovdur. O, 2018-ci ildən bu vəzifəni icra edir. Balakişi Qasımov İqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğludur.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Raqif oğlu Məmmədovdur. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə bu vəzifəyə təyin edilib. AzTV Dövlət televiziyası olduğu üçün və büdcədən maliyyə aldığı üçün onun rəhbərini də məhz Prezident təyin edir.

Azad Azərbaycan Telekanalının rəhbəri Azər Xəlilovdur.O,2017-ci ilin sentyabrından kanala rəhbərlik edir. Azər Xəlilov ANS-in keçmiş aparıcısı Sevinc Osmanqızının keçmiş həyat yoldaşıdır.

“Xəzər TV”nin direktoru Murad Dadaşovdur. O,bu vəzifəyə 2020-ci ilin martından başçılıq edir. Həmin ildə “Xəzər TV”nin səhmləri “SOCAR Media” qrupunun nəzarətinə keçib. “SOCAR Media” qrupu isə Murad Dadaşovu “Xəzər” TV-nin yeni Baş Direktoru təyin edib.O,vaxta qədər televiziyaya nəzarəti Prezidentin keçmiş köməkçisi Əli Həsənov və onun oğlu Şamxal Həsənov edirdi.

“ARB MEDİA GRUPU”na bir neçə televiziya kanalı daxildir. Sahibi Audiovizual Şuranın sədri İsmət Səttarovdur. Ümumi rəhbərliyi isə Radik İsmayılov edir. O, 2020-ci ildən bu postdadır və qrup daxilində bir neçə telekanal fəaliyyət göstərir.

“Kanal S”in direktoru və “ARB TV”nin rəhbəri Rəşad Məmmədovdur. Bundan əlavə, “Real TV”yə tanınmış jurnalist Mirşahin Ağayev rəhbərlik edir və o da bu vəzifəni 2018-ci ildən daşıyır.

“Space” TV-nin kanalına Vado Karovin rəhbərlik edir. O,bu vəzifəyə 2023-cü ilin fevralından başçılıq edir.

“Dünya TV” telekanalının sahibi Ramiz Hüseynovdur. O, kanalın prezidenti və təsisçisi hesab olunur. Dünya TV 1999-cu ildən fəaliyyət göstərir və əsasən Sumqayıt şəhərindən yayımlanır.

“Baku TV” “Global Media Group” MMC-nin tərkibində fəaliyyət göstərir. Sahibi isə Elnur Abdullayevdir.

İdman yönümlü kanallar arasında “CBC Sport”un rəhbəri Volkan Üst, “İdman TV”nin rəhbəri isə Zaur Zeynalovdur.

Musiqi kanalı olan MTV Azərbaycan telekanalına isə Ədalət Abbasov rəhbərlik edir.

Diqqət çəkən əsas məqamlardan biri isə odur ki, telekanal rəhbərləri arasında yalnız bir qadın var. Belə ki, “Mədəniyyət” telekanalının direktoru Dilarə Səlimdir. O, bu vəzifəyə 2024-cü ildə təyin olunub.

Beləliklə, Azərbaycan televiziya sektorunda rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir və qadın rəhbərlərin sayı olduqca azdır.

Nərmin
NOCOMMENT.az

Seçilən
58
50
nocomment.az

10Mənbələr