AZ

Azərbaycan Ordusu mümkünsüzü mümkün etdi- ÖZƏL

"On il öncə, 2016-cı il aprelin 2-də başlanan döyüşləri bir cümlə ilə qiymətləndirməli olsaq, o zaman qazanılan qələbə kiçik təsir bağışlasa da, status-kvonun sındırılması, tez-tez diqqətimizə çatdırılaraq barışmağımız istənilən reallığın dəyişdiriləcəyinin, nəticəsiz danışıqlar masasının nəticəli alternativinin olduğunun və buna gediləcəyinin sərgilənməsi baxımından böyük önəm daşıyırdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bir sıra dövlətlərin, ilk növbədə də ATƏT-in keçmiş Minsk qrupuna həmsədrlik edənlərin israrla bu problemin savaş yolu ilə həllinin mümkünsüzlüyünü demələri, yəni buna yol verməyəcəklərini vurğulamalarına rəğmən, Azərbaycan 2016-cı ilin aprelində ortaya əzm qoydu və göstərdi ki, xeyr, mümkündür! Torpaqlarımızın işğaldan tam qurtarılmasını, "miatsum"çu rejimin özünü buraxması və ardınca baş verənləri, ayaqları dəyən yerdə əbədi qaldıqları iddia olunanların Qarabağdan çıxıb getmələrini də məhz  o "mümkün" mümkün etdi"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr