“Bayraktar TB3” pilotsuz uçuş aparatının (PUA) “Roketsan” şirkətinin istehsal etdiyi MAM-L mini ağıllı sursatı ilə atış sınağı keçirilib.
Bu barədə “Poliqon” “Baykar” şirkətinə istinadən xəbər verib.
Bildirilib ki, sınaq zamanı əvvəlcə “Bayraktar KALKAN” pilotsuz uçuş aparatı BG180 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi vasitəsilə təyin edilmiş hədəfi aşkarlayıb. Daha sonra isə hədəf “Bayraktar TB3” PUA-dan atılan MAM-L sursatı ilə məhv edilib.
