AZ

PUTİN PAŞİNYANI “SEÇİM” QARŞISINDA QOYDU Köçəryan Moskvaya dəvət edilə bilər

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

"Putinin Paşinyanla görüşündə səsləndirdiyi fikirlər Kreml sahibinin Ermənistanın baş nazirinə isti münasibətinə dəlalət etmir. Əksinə, Moskva İrəvana konkret ultimatumlar və xəbərdarlıqlar verir".

"AzPolitika" xəbər verir ki, politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Naş naziri Nikol Paşinyan arasında Kremldə baş tutan son görüşü şərh edərkən maraqlı məqamlara toxunub. Ekspertin qənaətincə, bu görüş İrəvan üçün heç də hamar keçməyib.

"Praqa etirafı" və Kremlin pozulan planları

Onun sözlərinə görə, Putin növbəti dəfə Ermənistanın 2022-ci il Praqa sammitində Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına toxunub. Elxan Şahinoğlu qeyd edir ki, bu qərar Putində "şok effekti" yaratmışdı: "Putin bununla demək istəyir ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Kremlin Qarabağla bağlı uzun illər hazırladığı planları - o cümlədən referendum təklifini - pozdu. Əgər Paşinyan bu addımı atmasaydı, Rusiya sülhməramlılarını bölgədən çıxarmaq niyyətində deyildi".

İqtisadi ultimatum: Aİ, yoxsa Aİİ?

Ekspert qeyd edir ki, Görüşün ən kritik hissələrindən biri Ermənistanın xarici siyasət kursu ilə bağlı olub: "Putin açıq şəkildə bildirib ki, İrəvan eyni anda həm Avrasiya İqtisadi İttifaqı (Aİİ), həm də Avropa İttifaqının (Aİ) üzvü ola bilməz. Paşinyan ikisindən birini seçməlidir. Rusiya lideri standartların kəskin fərqləndiyini xatırladaraq, iqtisadi "ikişaxəli" siyasətə son qoymağı tələb edib".

Tramp faktoru və seçki xəbərdarlığı

Ekspert xatırladır ki, Putin ABŞ Prezidenti Donald Trampın Bakı-İrəvan münasibətlərindəki fəallığından xəbərdar olduğunu desə də, bu məsələdə neytrallığını qoruyub. Lakin Ermənistandakı daxili siyasi vəziyyət və parlament seçkiləri ilə bağlı xəbərdarlığı diqqətdən qaçmayıb.

"Rusiya lideri Ermənistan daxilindəki gərgin mübarizəni izlədiyini və bunun ikitərəfli münasibətlərə mənfi təsir etməməli olduğunu deyib. "Bu, radikal müxalifəti "Rusiyanın adamı" adlandıran Paşinyan komandasına birbaşa mesajdır", - deyə, politoloq bildirib.

"2 milyon erməni" hədəsi - Köçəryan faktoru

Görüşdə Putin Rusiyada yaşayan 2 milyon erməniyə Ermənistandakı seçkilərdə səsvermə hüququnun verilməsi mövzusunu qaldırıb. Elxan Şahinoğlu hesab edir ki, bu, sırf siyasi gedişdir: "Putin bilir ki, Rusiyadakı ermənilər Paşinyana səs verməyəcək. Bu səbəbdən o, seçki öncəsi Paşinyanın rəqibi Robert Köçəryanı Moskvaya dəvət edərək siyasi tarazlığı dəyişməyə çalışa bilər".

Nəticə olaraq, politoloq vurğulayır ki, Paşinyan görüşü nə qədər müsbət tərəfdən təqdim etməyə çalışsa da, Kreml İrəvandan konkret siyasi və iqtisadi hesablaşma tələb edir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
49
azpolitika.info

10Mənbələr