AZ

Ərəb ölkələri İrana görə hərəkətə keçdi Region üçün böyük layihə

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ərəb ölkələri yeni neft ixrac marşrutlarını müzakirə edirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

“Hörmüz boğazından keçən genişmiqyaslı təchizat fasilələri səbəbindən Fars körfəzi ölkələri yeni boru kəmərlərinin tikintisi və mövcud boru kəmərlərinin tutumunun genişləndirilməsi haqda düşünürlər. Əvvəllər regionda oxşar layihələr yüksək xərclər və mürəkkəblik səbəbindən təxirə salınmışdı. Lakin İrandakı müharibə müzakirələri sürətləndirdi.

Hörmüz boğazından xammal tədarükündə çətinliklər yaşandığı bir vaxtda, regional dövlətlər ABŞ-ın təşəbbüsü ilə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) yaratmaq planlarını canlandırmaq imkanlarını da müzakirə edirlər. Bu təşəbbüs Yaxın Şərqi Aralıq dənizi ilə birləşdirən boru kəmərlərinin tikintisini də əhatə edə bilər. Amma qeyd olunan layihələrin həyata keçirilməsi, çox güman ki, baha başa gələcək və illər çəkəcək”, – deyə bildirilib.

Qeyd olunub ki, çox şey ABŞ- İsrail birgə İran hərbi əməliyyatının başa çatma vaxtından asılı olacaq:

“Yaxın Şərqdəki münaqişə uzanarsa, region ölkələri enerji resurslarının qlobal bazara çatdırılması üçün yeni yollar axtarmağa məcbur olacaqlar. Belə bir halda, Hörmüz boğazında raket hücumları riski ilə əlaqəli əhəmiyyətli xərclər nəzərə alınmaqla, xərc ikinci dərəcəli məsələyə çevrilə bilər”.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
globalinfo.az

1Mənbələr