
Son günlər yağan yağışlar nəticəsində bir sıra yollarda problem yaranıb.
Həmçinin Şamaxı-Qonaqkənd avtomobil yolunda da intensiv yağan yağışlar nəticəsində fəsadlar müşahidə olunub. Belə ki, yolun hərəkət hissəsində sürüşmə baş verib və irihəcmli çökmələr əmələ gəlib. Bu da nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.
19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin baş mühəndisi Kənan Babaşov AzadMedia.az-a açıqlama verib. Onun sözlərinə görə, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi təfindən yolda müvafiq tədbirlər davam etdirilir
Mövcud şərait sürücülərin və sərnişinlərin təhlükəsiz şəkildə hərəkət etməsinə imkan verir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta