AZ

Konqresdə Trampın ABŞ-nin NATO-dan çıxması ilə bağlı fikrini dəstəklədilər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın ABŞ-nin NATO-dan çıxması ehtimalıilə bağlı səsləndirdiyi fikirlər tamamilə doğrudur.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu amerikalı senator Rend Pol “X”sosial şəbəkəsində yazıb.

“Prezident Tramp NATO-dan çıxmaq imkanını ciddi şəkildə nəzərdənkeçirməkdə tamamilə haqlıdır. Mən prezidentin konstitusionsəlahiyyətlərini və ABŞ Konstitusiyasının ikinci maddəsində nəzərdətutulmuş, Senatın təsdiqinə ehtiyac olmadan istənilən müqavilədən,o cümlədən NATO müqaviləsindən çıxmaq hüququnu dəstəkləyirəm”,-deyə senator yazıb.

Senatorun sözlərinə görə, "Soyuq Müharibə" dövründən qalan hərbistruktur sonsuz genişlənmə səbəbindən artıq həddən artıq böyüyüb vəalyansın ABŞ-nin maraqları üçün faydalı olduğu yoxsa birtərəfliyükə çevrildiyi barədə real müzakirələrə ehtiyac var.

Bu yaxınlarda Tramp "The Telegraph" qəzetinə müsahibəsindəABŞ-nin Şimali Atlantika Alyansından (NATO) çıxması ehtimalınıciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Martın 31-də ABŞ-ınmüdafiə naziri Pit Heqset qeyd edib ki, ABŞ rəhbərliyi İranla bağlımünaqişə başa çatdıqdan sonra NATO-nun gələcəyi məsələsinə qərarverəcək.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr