AZ

“Apollon”dan sonra Aya doğru ilk uçuş baş tutdu Video

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Ötən gecə NASA Aya “Artemis II” pilotlu kosmik gəmisini göndərib və bu, “Apollon” proqramından bəri astronavtların Aya doğru ilk uçuşudur.

Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Kosmik gəminin buraxılışı Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “Space Launch System” super ağır raketi və “Orion” kosmik gəmisi vasitəsilə həyata keçirilib. Gəmidə üç ABŞ nümayəndəsi və bir kanadalı astronavt var. Uçuş təxminən on gün davam edəcək və Yerə enmədən Ay ətrafında trayektoriya üzrə hərəkət edəcək.

“Artemis II”nin əsas məqsədi göyərtəsindəki heyətlə birlikdə bütün “Orion” kosmik gəmi sistemlərinin dərin kosmos şəraitində hərtərəfli sınaqdan keçirilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
axar.az

1Mənbələr