AZ

Türkiyənin Vitse-prezidenti TDT-yə üzv dövlətləri noyabrda keçiriləcək COP31-ə dəvət edib

COP31-ə sədrliyimiz müddətində COP29-u uğurla həyata keçirən Azərbaycanın təcrübəsindən yararlanırıq.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin baş nazirləri və vitse-prezidentinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.

O bildirib ki, Türkiyə qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə aparıcı rol oynamağa qərarlıdır: “TDT-yə üzv dövlətlərin və onların müşahidəçilərinin COP-31 prosesində fəal iştirakı əməkdaşlığın genişləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə COP-31 gündəliyimiz çərçivəsində maddi nəticələr əldə etmək üçün möhkəm zəmin yaradacaq”.

Cevdet Yılmaz TDT-yə üzv dövlətləri 9-20 noyabrda Antalyada keçiriləcək COP31 tədbirinə dəvət edib.

Seçilən
23
8
apa.az

10Mənbələr