AZ

Mingəçevirdə ağac aşdı: Aptekə ziyan dəydi - VİDEO

Mingəçevirdə irigövdəli ağacın aşması nəticəsində aptekə və avtomobilə ziyan dəyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Mingəçevir MTV” feysbuk səhifəsində paylaşım edilib. 

Şəhərin Aydın Məmmədov küçəsində baş verən hadisə zamanı palıd ağacı kökündən qoparaq aptekin və yaxınlıqda olan avtomobilin üzərinə aşıb.

Nəticədə aptekin eyvanı və şüşələri yararsız hala düşüb, avtomobilə isə qismən ziyan dəyib.

Məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. 

Sözügedən görüntüləri təqdim edirik: 

"Cebheinfo.az"

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr