AZ

Tramp Makronun ailə münasibətləri ilə bağlı ZARAFAT ETDİ – VİDEO

Tramp Makronun həyat yoldaşı ilə münasibətləri barədə zarafat edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp aprelin 1-də Fransa lideri Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun şəxsi münasibətləri haqqında istehzalı şərhlər verib. Ağ Evdə keçirilən tədbirlərdən birində çıxış edən Tramp, Bricit Makronun fransız liderlə “həddən artıq pis” davrandığını iddia edib.

“Mən həyat yoldaşı tərəfindən çox pis rəftar görən fransız Makrona zəng etməyi düşündüm – o, hələ də çənəsinə aldığı zərbədən sağalır”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ötən ilin may ayında “BMF TV” kanalı Bricit Makronun Vyetnama səfəri zamanı ərinə şillə vurduğunu xəbər vermişdi. Fransa prezidenti sonradan bunun zarafat olduğunu açıqlasa da, fransız vəkil Fransua Danglean bu vəziyyətin ölkəni gülünc vəziyyətə qoyduğunu qeyd etmişdi. Bundan əlavə, fevral ayında ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc olunan sənədlərdə maliyyəçi Ceffri Epşteynin Fransa prezidentinin “şillə almağı xoşladığını” düşündüyü barədə məlumatlar ortaya çıxmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
interpress.az

1Mənbələr