AZ

Artetanın aqibəti necə olacaq?

Mikel Artetanın “Arsenal”ı daha uzun müddət çalışdırmaq şansı çoxdu.

"Football-plus.az" xəbər verir ki, Londonun klubu baş məşqçi ilə yeni müqavilə üzrə danışıqların yekun mərhələsindədi. “Matchday Central”ın məlumatına görə, yeni sözləşmə mütəxəssisin komandadakı fəaliyyətinin müddətini 2033-cü ilə qədər uzadacaq.

Artetanın hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədi. O, 2019-cu ildən “Arsenal”a rəhbərlik edir və bu müddətdə komanda ilə 339 oyunda 210 qələbə qazanıb.

Onu da qeyd edək ki, paytaxt komandası hazırda premyer-liqada 70 xalla liderdi. “Arsenal” həm İngiltərə kuboku, həm də Çempionlar Liqasında mübarizəni davam etdirir.

Seçilən
38
19
football-plus.az

10Mənbələr