ain.az bildirir, Olke.az saytına əsaslanaraq.
Rusiyaya qaçan Suriyanın devrilən lideri Bəşər Əsədin çətin bir dövr keçirdiyi, ağır psixoloji stressdən əziyyət çəkdiyi bir zamanda həyat yoldaşı Əsma Əsədin ondan boşanmaq qərarına gələrək və evliliyin faktiki olaraq başa çatdığı iddia edilir.
Ölkə.az xəbər verir ki, bu barədə “Bild” yazıb.
Yenidən dünya mediasının diqqət mərkəzinə çevrilən Bəşər Əsəd "Səhranın Gülü" ləqəbi ilə tanınan Əsma Əsəd və Bəşər Əsəd cütlüyün evliliyi faktiki olaraq sona çatıb. “Yaranmış durum Əsədə çox pis təsir etdiyindən , o ağır psixoloji stressdən əziyyət çəkir”, - nəşr yazıb.
Əsmanın Bəşərdən ayrılması bir yana onun Böyük Britaniya kəşfyyatına xidmət etməsi məsələsi də gündəm olub.
Böyük Britaniyada yerləşən “UK Declassified” tərəfindən dərc edildiyi bildirilən sənədlərdə Əsma Əsədin 1990-cı illərdən etibarən Britaniya daxili kəşfiyyat xidməti MI5 ilə əlaqədə olduğu iddia edilir. Lakin bu iddialar tam şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, bu iddialar ötən il də ortaya çıxıb, lakin o zaman Kremlin sözçüsü Dimitri Peskov Əsəd cütlüyü ilə bağlı iddiaları təkzib edib: "Xeyr, bunlar reallıqla uyğun gəlmir".
Digər tərəfdən, Almaniyanın "Die Zeit" nəşrində dərc olunan bir xəbərdə Əsədin gündəlik həyatı ilə bağlı təəccüblü detallar paylaşılıb. Məlumata görə, Suriyanın keçmiş lideri vaxtının böyük bir hissəsini kompüter qarşısında və video oyunlar oynamaqla keçirir.


Mürtəza
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.