AZ

İttifaq dövlətinin yaranmasından 30 il ÖTÜR: Putin Lukaşenkonu TƏBRİK ETDİ

Vladimir Putin Aleksandr Lukaşenkonu “Xalqların Birliyi Günü” münasibətilə təbrik edib.

İnterpress.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonu Rusiya və Belarus xalqlarının Birliyi Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda qeyd olunur ki, Rusiya və Belarus icmasının yaradılması haqqında müqavilənin imzalanmasından keçən otuz il ərzində qarşılıqlı faydalı inteqrasiya əlaqələrinin və səmərəli ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində çox işlər görülüb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
4
interpress.az

1Mənbələr