AZ

Qattuzo qovulacaq

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən qovulacaq.

525.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya yığması DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olub (1:1, 1:4). Bununla da komanda mundialda iştirak hüququnu itirib. 

Ötən gün federasiyanın prezidenti Qabriel Qravina mütəxəssisi istefaya göndərməyəcəklərini desə də, daha sonra baş məşqçi ilə bağlı qərar dəyişib. Hətta ölkə mətbuatında Qabriel Qravinanın da istefaya göndəriləcəyi yazılıb.

Qattuzo 2025-ci ildən İtaliya millisinə rəhbərlik edir. O, əvvəllər "Hayduk Split", "Marsel", "Napoli" və "Milan"ı çalışdırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
525.az

3Mənbələr