AZ

İsak nəhayət ki, sıraya dönür

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Liverpul" hücumçusu Aleksandr İsak zədədən sonra sıraya dönmək üzrədir.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, bunu "qırmızıkar"ın baş məşqçisi Arne Slot deyib:

"İsak bizim üçün önəmli futbolçudur. Üç-dörd aylıq fasilədən sonra komanda ilə ilk məşqinə çıxacaq. Onun qayıtması bizim üçün çox vacibdir. Biz hansı səviyyədə hücumçu ilə müqavilə bağladığımızı bilirik və o, mövsümün sonlarında bizə böyük faydası dəyə bilər".

İsak son dəfə ötən il dekabrın 21-də Premyer Liqada "Tottenhem"ə qarşı mübarizə aparıb və həmin matçda baldırından zədə alaraq uzun müddət sıradan çıxıb.

Bu mövsüm "Liverpul"un heyətində 16 oyuna çıxan hücumçu 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
40
fanat.az

10Mənbələr