AZ

Baş nazir: Bugünkü toplantımız ölkələrimiz arasında strateji tərəfdaşlığa töhfə verəcək

BAKI, 2 aprel. TELEQRAF

"Ötən ilin sentyabr ayında 1-ci Görüşümüzün yüksək səviyyədə təşkilinə görə qardaş Qırğız Respublikasına və şəxsən Nazirlər Kabinetinin Sədri cənab Adılbek Kasımaliyevə təşəkkürümü bildirirəm".

Teleqraf xəbər verir ki,

Bişkek görüşü çoxtərəfli əməkdaşlığımızın institusional əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrimizin gücləndirilməsi baxımından çox səmərəli olmuşdur.

İlk görüşdə formalaşmış müsbət dinamika və işgüzar mühit bu gün Bakıda davam etdirilir.

Əminəm ki, bugünkü toplantımız ölkələrimiz arasında dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın daha da genişlənməsinə, qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsinə mühüm töhfə verəcəkdir.

Seçilən
6
3
teleqraf.com

4Mənbələr