AZ

Tarixin ən çox qazanan idmançıları açıqlandı

ain.az, Idman.biz saytına istinadən bildirir.

İdman tarixində ən çox qazanan idmançıların siyahısı açıqlanıb.

İdman.Biz xəbər verir ki, siyahıya əfsanəvi basketbolçu Maykl Cordan başçılıq edir. “Onun Hava Əlahəzrəti” ləqəbli sabiq NBA ulduzu karyerası ərzində inflyasiya nəzərə alınmaqla ümumilikdə 4,5 milyard dollar gəlir əldə edib.

İkinci pillədə qolfçu Tayger Vuds (2,88 milyard dollar), üçüncü sırada isə portuqaliyalı ulduz Kriştianu Ronaldu (2,52 milyard dollar) qərarlaşıb.

İlk “beşlik”də həmçinin basketbolçu Lebron Ceyms (2,03 milyard dollar) və argentinalı futbolçu Lionel Messi (1,99 milyard dollar) yer alıb.

Siyahının davamında qolf əfsanələri Arnold Palmer (1,85 milyard dollar) və Cek Niklaus (1,83 milyard dollar), həmçinin futbol ikonası Devid Bekhem (1,68 milyard dollar) qərarlaşıb.

Son iki pillədə isə tennisçi Rocer Federer (1,67 milyard dollar) və boksçu Floyed Meyvezer (1,57 milyard dollar) yer alıb.

Beləliklə, siyahıda əsasən basketbol, futbol və qolf nümayəndələri üstünlük təşkil etsə də, tennis və boks kimi fərqli idman növlərinin təmsilçiləri də ilk onluğa daxil olmağı bacarıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
icma.az

2Mənbələr