AZ

PSJ “Real”ın futbolçusunu hədəfə aldı

PSJ yay transfer pəncərəsi üçün “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer siyahısına daxil edib.

Publika.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Paris klubu 23 yaşlı fransalı futbolçuya ciddi maraq göstərir və onun transfer imkanını nəzərdən keçirir.

Futbolçunun Madrid klubundakı vəziyyəti isə sabit deyil. Onun universallığı və potensialı yüksək qiymətləndirilsə də, Kamavinqa komandanın dəyişməz əsas oyunçu sayılmır. Klub rəhbərliyi yaxşı təklif olacağı halda yarımmüdafiəçi ilə yollarını ayırma variantını nəzərdən keçirə bilər.

Seçilən
21
publika.az

1Mənbələr