Bakının Binəqədi rayonunda ər və arvadın bıçaqlanması ilə nəticələnən hadisə baş verib. Bu barədə oxu.az məlumat yayıb.
İlkin məlumata görə, hadisə Biləcəri qəsəbəsində yerləşən mənzildə qeydə alınıb. 1971-ci il təvəllüdlü kişi və 1978-ci il təvəllüdlü həyat yoldaşı bıçaq xəsarətləri alıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü oğulları polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata əsasən, insident ailədaxili münaqişə zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.