ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Trampın, İranla bağlı hərbi əməliyyata qoşulmaqdan imtina edən NATO müttəfiqlərinə qarşı sərt çıxışları hələlik yalnız bir məqsədə xidmət edib: onları özünə qarşı birləşdirmək və alyansı zəiflətmək.
Bizimyol.info xəbər verir ki, bu qənaətə "Politico" qəzeti mənbələrə istinadla gəlib.
Qəzetin məlumatına görə, “Brüsseldəki görüşlər çərçivəsində, kiçik çevrələrdə naharlarda və digər forumlarda” Avropa liderləri və rəsmiləri ABŞ prezidentinin NATO-dan çıxmaq təhdidlərinə necə cavab verəcəklərini və prezident bunu həyata keçirsə nə edəcəklərini müzakirə edirlər. İndi onlar “Trampın Böyük Britaniya, İspaniya, Fransa və digər ölkələrə qarşı getdikcə daha sərt hücumlarının transatlantik alyansdakı fundamental ayrılığı təsdiqlədiyi” qənaətini bölüşürlər.
“NATO iflic vəziyyətindədir – təşkilatın nümayəndələri hətta görüşlər keçirmək imkanına malik deyillər”, – deyə anonimlik şərti ilə bir Avropa diplomatı bildirib. Avropa İttifaqının nümayəndəsi isə əlavə edib: “Tamamilə aydındır ki, NATO artıq parçalanmaqdadır və Avropa müdafiə potensialını təcili gücləndirməlidir. Alyansın mövcudluğunu dayandırmasını gözləyə bilmərik”.
"Politico" ilə müsahibələr əsasında hazırlanmış bu birbaşa qiymətləndirmə, 24 nazir, rəsmilər və diplomatın fikirlərinə əsaslanaraq, ABŞ-ın hazırkı liderinin böyük səyləri ilə formalaşan müharibədən sonrakı dünya düzənində radikal dəyişiklikləri aydın şəkildə göstərir.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.