AZ

Hələ də subaydırlar – Azərbaycan məşhurları niyə evlənmir?

Azərbaycan şou-biznesində kifayət qədər tanınmış simalar var ki, müxtəlif səbəblərdən hələ də ailə qurmayıblar və ya evliliyə tələsmirlər.

NOCOMMENT.az xəbər verir ki, aktrisa və aparıcı Kəmalə Piriyeva 34 yaşında olsa da, hələlik evlənmək arzusunda olmadığını bildirib.

Müğənni Günay İbrahimli isə şəxsi həyatına kimisə daxil etməyə hazır olmadığını deyir. Sənətçi hazırda karyerası ilə məşğuldur və intensiv şəkildə müxtəlif məclis və tədbirlərdə iştirak edir.

Aşıq Telli Borçalı vaxtilə güclü bir kişi ilə ailə qurmaq istədiyini desə də, hələ belə biri ilə qarşılaşmadığını qeyd edib.

Müğənni Azəri qızı Günel üç dəfə evliliyə cəhd etməsinə baxmayaraq, nikah masasına oturmayıb.

Aparıcı Nanə Ağamalıyeva da həyatında hələ ürəyini fəth edən birinin olmadığını bildirib.

60 yaşını keçən müğənni Şəbnəm Tapdıq isə ömrünü subay keçirən sənətçilərdəndir.

Müğənni və pedaqoq Teymur Əmrah də tənhalığa üstünlük verənlər sırasındadır.

Müğənni Samir Bağırov illərdir subay həyat tərzini davam etdirir. Samir Bağırov uzun illərdir müğənnilik fəaliyyət göstərir. Bir neçə dəfə karyerasına fasilə versə də, hər qayıdışında böyük tamaşaçı sevgisi qazanıb.

44 yaşlı müğənni Samir Cavadzadə də evlənməyən məşhurlar arasındadır.

Türkiyədə yaşayan müğənni Aysel Əlizadə də hələ ailə həyatı qurmayıb.

“Eurovision” qalibi Eldar Qasımov də subay məşhurlar siyahısındadır.

Şou-biznesin əkiz bacıları Sevil və Sevinc də hələ ki, ailə həyatı qurmayıblar. Onlar daim əkiz oğlanlarla evlənmək istədiyini dilə gətiriblər.

Müğənni Aydan İbrahimli Zülfü Bədəlov və Vüsal adlı şəxsdən ayrıldıqdan sonra bütün diqqətini yaradıcılığına yönəldib. Müğənninin yaxın zamanda yeni mahnı və layihələrlə dinləyicilərinin qarşısına çıxacağı gözlənilir.

Gənc müğənnilər Türkan Vəlizadə, Samirə Əfəndi və Səmra Rəhimli isə hazırda karyeralarına üstünlük verdiklərini bildirirlər.

NOCOMMENT.az
Nərmin

Seçilən
44
nocomment.az

1Mənbələr