Donald Tramp bildirib ki, ABŞ Ukraynadakı müharibəyə müdaxilə etməməli və Kiyevi dəstəkləmək üçün xeyli vəsait xərcləməməli idi...
Poliqon-nun məlumatına görə, jurnalistlərlə söhbəti zamanı Tramp Vaşinqtonun əvvəlki siyasətini kəskin tənqid edərək bildirib ki, ABŞ heç bir fayda vermədən yüz milyardlarla dollar xərcləyib:
"Biz milyardlarla dollar xərcləyirik. Bilirsiniz, Ukraynaya girməli deyildik. Ukrayna minlərlə mil uzaqda, okeanın o tayındadır... Bizim sadəcə axmaq olan bir prezidentimiz var idi: o, onlara qarşılığında heç nə almadan 350 milyard dollar verdi".
Trampın sözlərinə görə, ABŞ silah ehtiyatının əhəmiyyətli bir hissəsi Ukraynaya köçürülüb və bu da ABŞ-ı sursat istehsalını artırmağa məcbur edib. Eyni zamanda, o, administrasiyasının yanaşmasını dəyişdirdiyini və indi kommersiya əsaslı silah tədarük etdiyini vurğulayıb:
"Və mən onlara sursat satıram. Avropa İttifaqı bunun pulunu ödəyir".
Poliqon.info