"MedAura" klinikası adını dəyişərək fəaliyyətini yeni brend altında davam etdirir...
Poliqon xəbər verir ki, klinika bundan sonra "28 Medikal Center" adı ilə fəaliyyət göstərəcək.
Məlumata görə, bir müddətdir klinikanın köhnə adla fəaliyyət göstərən sosial şəbəkə səhifələri də bağlanmışdı. Pasiyentlərin müraciəti zamanı ünvanın dəyişmədiyi, lakin klinikanın adının yeniləndiyi bildirilib.
Eyni zamanda, tibb müəssisəsinin bütün sosial media hesabları da yeni ada uyğun şəkildə yenilənib.
Qeyd edək ki, "MedAura" klinikası son illərdə sosial şəbəkələrdə pasiyent şikayətləri ilə tez-tez gündəmə gəlirdi. (Medicina.az)
Poliqon.info