
NATO-nun baş katibi Mark Rutte gələn həftə Vaşinqtona səfər edəcək.
Missiya.Az xəbər verir ki, NATO sözçüsü Allison Hart səfəri təsdiqləyib. Məlumata görə, Ağ Ev də bu məlumatı təsdiq edib.
Səfər ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı tənqidləri fonunda baş tutur. ABŞ-nin alyansdakı nümayəndəsi Matthev Vitaker ölkənin NATO-dakı iştirakının yenidən nəzərdən keçirildiyini bildirib.
Seyranə QuliyevaMissiya.Az