AZ

54 illik fasilədən sonra Aya ilk uçuş gerçəkləşdi - FOTO-VİDEO

54 illik fasilədən sonra ilk dəfə NASA-nın Artemis II missiyası Aya yola düşüb.

Bizim.Media xəbər verir ki, dörd astronavt Kennedi Kosmik Mərkəzindən “Orion” kosmik gəmisi ilə missiyaya başayıblar.

On günlük missiyada NASA astronavtları Reyd Vayzmən, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen iştirak edir. Onlar 10 günlük missiya çərçivəsində Ay ətrafında uçuş aparacaq, “Orion” gəmisinin sistemlərini kosmos şəraitində sınaqdan keçirəcək və Yerə qayıdacaqlar.

Qeyd olunur ki, “Artemis 2” missiyası “Artemis” Ay proqramı çərçivəsində ilk pilotlu missiya və son onilliklərdə insanların Ay ətrafında ilk uçuşu olacaq.

 

Bizim.Media

Seçilən
30
9
bizim.media

10Mənbələr