AZ

Avstraliyada qumar reklamına sərt məhdudiyyətlər tətbiq ediləcək

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avstraliya hökuməti qumar reklamını sərtləşdirəcək və sahə operatorlarına nəzarəti gücləndirəcək. Məqsəd əhalini, xüsusilə uşaqları və gəncləri qorumaqdır.

Bizimyol.info xəbər verir ki, bunu ölkənin baş naziri Entoni Albanese açıqlayıb. O bildirib ki, yeni tədbirlər qumarın zərərini azaltmaq və uşaqların bu sahəyə təsirini məhdudlaşdırmaq üçündür.

“Biz balansı tapmağa çalışırıq: yetkinlər istəyirlərsə, mərc edə bilərlər, amma uşaqlar hər yerdə qumar reklamına məruz qalmamalı və idmanla qumarın eyni olduğunu düşünməməlidirlər”, - deyə Baş nazirin ofisindən yayılan bəyanatda qeyd edilir.

Hökumətin təşəbbüsü ilə qumar reklamına ciddi məhdudiyyətlər qoyulacaq:

Gündüz saatlarında idman tədbirlərinin canlı yayımları zamanı reklam tam qadağan ediləcək.Radio proqramlarında səhər və günorta saatlarında, uşaqların məktəbdən evə gəldiyi zaman reklam göstərilməyəcək.İnternetdə qumar reklamı yalnız 18 yaşdan yuxarı qeydiyyatdan keçmiş istifadəçilərə göstərilə biləcək və onlara reklamı görməmək imkanı veriləcək.Tanınmış şəxslərin və idmançıların qumar reklamında iştirakı qadağan ediləcək.

Bundan əlavə, hökumət onlayn lotereyalara nəzarəti gücləndirəcək və bəzi rəqəmsal oyun formatlarını qadağan edəcək.

Qanun layihəsinin yaxın zamanda hazırlanması və tədbirlərin 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minməsi gözlənilir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
bizimyol.info

1Mənbələr