AZ

Dubay hava limanında PARTLAYIŞ:PUA ilə vuruldu

Çərşənbə günü axşam saatlarında Dubay beynəlxalq hava limanında pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində güclü partlayış baş verib.

Musavat.com xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, partlayışın episentri birbaşa 3-cü terminalın girişinin qarşısı olub.

Hadisədən dərhal sonra hava limanının ərazisindən göyə qatı tüstü dumanı ucalıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərində fövqəladə hadisələrin və xüsusi xidmət orqanlarının fəaliyyətinin icazəsiz lentə alınmasına dair ciddi qadağa qüvvədədir. Bu növ kadrların sosial şəbəkələrdə yayılması cinayət məsuliyyətinə səbəb ola bilər.

Musavat.com

Seçilən
19
2
musavat.com

10Mənbələr