AZ

Tramp: Əgər İran razılaşmanı rədd edərsə, onun neft infrastrukturu məhv ediləcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran onlarla razılaşma əldə etməkdən imtina edərsə, ABŞ İranın elektrik stansiyalarını və neft infrastrukturunu məhv etməyə hazırdır.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə xalqa müraciəti zamanı danışıb.

O, ABŞ-ın İranın yeni rəhbərliyi ilə razılığa gəlməyə çalışdığını qeyd edərək deyib: "Yeni qrup daha az radikal və daha ehtiyatlıdır. Lakin, bu müddət ərzində razılaşma əldə edilməzsə, əsas hədəflərə diqqət yetirəcəyik. Razılaşma olmazsa, onların hər bir elektrik stansiyasına çox güman ki, eyni vaxtda çox sərt zərbələr endirəcəyik. Baxmayaraq ki, bu, ən asan hədəfdir biz onların neft obyektlərinə zərbə endirmədik. Çünki bu, onlara yaşamaq və bərpa olmaq üçün ən kiçik bir şans belə verməzdi. Biz onları vura bilərdik və hər şey məhv olardı. Onlar bu barədə heç nə edə bilməzdilər", - Tramp deyib.

Tramp daha sonra ABŞ-ın Yaxın Şərqdən neftə ehtiyacı olmadığını bildirib.

"Biz artıq Yaxın Şərqdən tamamilə müstəqilik. Sadəcə kömək etmək üçün oradayıq. Orada olmaq məcburiyyətində deyilik və onların neftinə də ehtiyacımız yoxdur. Biz onlardan heç nəyə ehtiyac duymuruq. Amma müttəfiqlərimizə kömək etmək üçün oradayıq. Bu ölkə artıq faktiki olaraq təhlükə deyil", Tramp əlavə edib.

Seçilən
56
6
apa.az

10Mənbələr