Ronaldо və Cordan ən çox qazanan idmançılar siyahısında ilk üçlükdə yer alır.
Teleqraf xəbər verir ki, dünyanın ən çox qazanan idmançılarının siyahısı açıqlanıb.
"Sportico" bildirilir ki, siyahıda birinci yeri basketbol əfsanəsi Maykl Cordan tutur. Onun ümumi gəliri 4,5 milyard dollar təşkil edir.
İkinci pillədə qolfçu Tayqer Vuds qərarlaşıb. Onun qazancı 2,88 milyard dollar olaraq göstərilib.
Portuqaliyalı futbolçu Kriştianu Ronaldo isə 2,52 milyard dollar gəlirlə siyahıda üçüncü olub.
Məlumata görə, Ronaldonun əsas rəqiblərindən olan argentinalı futbolçu Lionel Messi 1,99 milyard dollar gəlirlə beşinci yeri tutub.
Dördüncü pillədə isə basketbolçu LeBron Ceyms yer alıb. Onun ümumi qazancı 2,03 milyard dollar təşkil edir.