AZ

Hamiləlikdən sonrakı ilk 6 ayla bağlı xəbərdarlıq

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Südvermə dövründə yenidən hamilə qalmaq ehtimalı bir çox anaları düşündürən əsas məsələlərdən biridir. Tibb dünyasında laktasiya amenoreyası kimi tanınan bu proses bəzən təbii qorunma üsulu hesab edilsə də, Piroqov Universitetinin mama-ginekologiya kafedrasının dosenti Lyubov Popova bu məsələyə aydınlıq gətirib.Həkim bildirib ki, ana südü yalnız müəyyən şərtlər daxilində hamiləliyin qarşısını ala bilər. Südvermə zamanı gilə ətrafındakı reseptorların stimullaşdırılması nəticəsində prolaktin hormonu ifraz olunur. Bu hormon süd istehsalını təmin etməklə yanaşı, həm də yumurta hüceyrələrinin yetişməsini və ovulyasiyanı ləngidir. Adətən doğuşdan sonrakı ilk 6 ayda müşahidə olunan heyz dövrünün dayanması məhz bu hormonun təsiri ilə bağlıdır.Lakin prolaktinin ovulyasiyanı tam bloklaması üçün qanda onun səviyyəsi daim yüksək qalmalıdır. Bu isə yalnız körpənin mütəmadi olaraq ana südü ilə qidalanması sayəsində mümkündür. Həkimin sözlərinə görə, gündüz vaxtı qidalanma aralığı 4 saatı, gecə isə 3 saatı keçməməlidir. Əgər ana körpəyə əlavə qidalar, su verməyə başlayıbsa və ya südün bir hissəsini süni qidalarla əvəz edibsə, qanda prolaktin aşağı düşür. Bu vəziyyətdə ovulyasiya bərpa olunur və hamiləlik riski yaranır.Bundan başqa, bəzi dərman vasitələrinin qəbulu da orqanizmdə prolaktinin səviyyəsini azalda bilir. Lyubov Popova vurğulayır ki, südverməyə etibarlı kontrasepsiya üsulu kimi güvənmək risklidir. Arzuolunmaz hamiləlikdən qorunmaq üçün bu dövrdə alternativ üsullardan istifadə edilməsi tövsiyə olunur.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
87
demokrat.az

1Mənbələr