AZ

UEFA Fəridəyə 3 iş tapşırdı - Növbəti təyinat

Azərbaycanlı FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

F. Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq.

Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

Seçilən
81
50
sportinfo.az

10Mənbələr