ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Tütün tüstüsünün passiv şəkildə udulması uşaqların sağlamlığına, xüsusən də dişlərinin vəziyyətinə ciddi zərər vurur. Bu, ağız suyunun qoruyucu xüsusiyyətlərini zəiflədir və orqanizmdə iltihabi prosesləri gücləndirir.
Oxu.Az "Frontiers in Oral Health" nəşrinə istinadən xəbər verir ki, bu nəticəyə Səudiyyə Ərəbistanının Kral Əbdüləziz Universitetinin alimləri gəliblər.
Alimlər 427 uşağın məlumatlarını təhlil edərək, onların evdə, avtomobildə və ya digər məkanlarda nə qədər tez-tez tütün tüstüsünə məruz qaldıqlarını qiymətləndiriblər. Məlum olub ki, iştirakçıların yarıdan çoxu ailəsində siqaret çəkən böyüklərin olduğu mühitdə yaşayır.
Tədqiqat aydın bir asılılıq göstərib: uşağın ətrafında tütün tüstüsü mənbəyi nə qədər çoxdursa, diş zədələnmələri də bir o qədər yüksək olur. Ən sağlam dişlər isə tütün tüstüsü ilə təmasda olmayan uşaqlarda müşahidə edilib.
Araşdırma müəllifləri qeyd edirlər ki, kariyes riskinə təkcə tütün tüstüsü deyil, həm də ailədəki davranış amilləri təsir göstərir. Belə ki, böyüklərin siqaret çəkdiyi ailələrdə uşaqlarda qeyri-sağlam qidalanma vərdişləri və yüksək bədən kütlə indeksi daha çox rast gəlinir. Bu amillər bir araya gəldikdə, stomatoloji problemlərin inkişafı daha da sürətlənir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.