AZ

Türkiyənin Vitse-prezidenti Azərbaycana gəlir

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz sabah Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə "Unikal" Türkiyə mətbuatına sistinadən xəbər verir.

Türkiyənin Vitse-prezidenti aprelin 2-də Bakıda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək.

Cevdet Yılmaz həmçinin səfər proqramı çərçivəsində Heydər Əliyev Mərkəzini ziyarət edəcək, sonra Azərbaycan Milli Xalça Muzeyində olacaq. Türkiyənin Viste-prezidentinin Azərbaycanın Baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Seçilən
56
4
unikal.az

6Mənbələr