GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin beynəlxalq münasibətlərə yanaşması ilə bağlı diqqətçəkən açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb. Onun sözlərinə görə, İran xalqı ABŞ və Avropa ölkələri də daxil olmaqla digər millətlərə qarşı düşmənçilik hiss etmir.
Prezident vurğulayıb ki, iranlılar hətta xarici hökumətlərin təzyiqləri fonunda belə, siyasi hakimiyyətlə sadə vətəndaşları bir-birindən ayırmağı bacarıblar.
Pezeşkian amerikalıları siyasi ritorikadan uzaqlaşmağa çağıraraq, İranın keçmişinə və bu gününə daha obyektiv yanaşmanın vacibliyini qeyd edib. O bildirib ki, Tehran qarşılıqlı anlaşma, ləyaqət və həqiqətə əsaslanan münasibətlərin qurulmasında maraqlıdır.
İran Prezidenti əlavə edib ki, müasir tarixdə ölkəsi təcavüz yolunu seçməyib və müharibələrə başlamayıb. O, həmçinin İranla ABŞ arasındakı münasibətlərin dünyada ən çox anlaşılmayan münasibətlərdən biri olaraq qaldığını deyib.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.