AZ

Nazim Sadıxovu məğlub etmiş fransız Bakıda Fiziyevlə döyüşmək istəyir

Yazını böyüt
Yazını kiçilt

Fransalı UFC yüngül çəki dərəcəli döyüşçüsü Fares Ziam 27 iyunda Bakıda keçiriləcək turnirdə azərbaycanlı Rafael Fiziyevi döyüşə çağırıb.

Hafta.az bildirir ki, o, sosial media vasitəsilə Fiziyevlə əlaqə saxlayaraq oktaqona çıxmaq istədiyini bildirib.

“İşinə hörmə edirəm, Rafael. Amma bir sualım var: bu döyüşü iyunun sonunda Bakıda təşkil edəcəyikmi? Hazıram. Fürsət yaranarsa, ilk onluğa daxil olmağa hazıram!”, - Ziam yazıb.

29 yaşlı fransız üçün bu döyüş onun altı döyüşdən ibarət qələbə seriyasını uzatmaq üçün bir şans ola bilər. Ən son döyüşündə o, Nazim Sadıxov üzərində texniki nokautla (TKO) qalib gəlib.

Seçilən
24
2
hafta.az

3Mənbələr