İranın yeni Ali Lideri Müctəba Xamenei İslam Respublikasının xarici siyasət kursunun dəyişməz qaldığını bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, Ali Lider bu barədə “X” hesabında paylaşım edib.
O, rəsmi Tehranın Ruhulla Xomeyni və Əli Xamenei yoluna sadiq qalacağını vurğulayıb:
“İran İslam Respublikasının ardıcıl siyasəti İmam Xomeyninin yolu ilə davam edərək “sionist-Amerika düşməninə qarşı müqavimətə dəstəyi” davam etdirməkdən ibarətdir. Bu kurs şəhid olmuş liderlərin ideyalarına sadiqlik çərçivəsində həyata keçirilir”.
Qeyd edək ki, fevralın 28-də atasının ölümündən sonra M. Xamenei martın 8-də İranın Ali Lideri seçilmişdi.
"Cebheinfo.az"