ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan Instagram yeni ödənişli abunəlik paketi üzərində işləyir. “Instagram Plus” adlandırılan bu model hazırda bəzi ölkələrdə test edilir və istifadəçilərə əlavə funksiyalar vəd edir.Məlumata görə, yeni abunəlik çərçivəsində istifadəçilər paylaşım sahibinə bildiriş getmədən “story”lərə anonim baxa biləcək. Bundan əlavə, istifadəçilərə öz paylaşımlarına neçə dəfə baxıldığını görmək imkanı təqdim oluna bilər.Test edilən funksiyalar arasında “story” müddətinin standart 24 saatdan 48 saata qədər uzadılması da var. Eyni zamanda, istifadəçilərin “story” izləyənlər siyahısında axtarış etməsi və konkret şəxsləri daha rahat tapması mümkün ola bilər.Yeniliklər paketinə həmçinin fərqli “Super Like” reaksiyası və “Close Friends” siyahısından əlavə yeni auditoriya qrupları yaratmaq imkanı da daxil edilə bilər.Qeyd edək ki, “Instagram Plus” hazırda rəsmi olaraq bütün istifadəçilər üçün aktiv deyil. Meta Platforms tərəfindən həyata keçirilən bu yeniliklər yalnız məhdud regionlarda sınaqdan keçirilir.Əgər testlər uğurlu olarsa, yaxın aylarda bu funksiyalar mərhələli şəkildə digər ölkələrdə də istifadəyə verilə bilər.Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.