Hans-Diter Flik “Barselona”nı daha uzun müddət çalışdıracaq.
"Football-plus.az" xəbər verir ki, gözlənildiyi kimi, baş məşqçi İspaniya klubu ilə müqaviləsini yeniləyib. Məşhur insayder Nikolo Skiranın məlumatına görə, tərəflər artıq razılıq əldə ediblər. Almaniyalı mütəxəssislə yeni müqavilənin müddətinin 2028-ci ilin yayına qədər olduğu qeyd edilib. Flikin əvvəlki müqaviləsinin müddəti gələn ilin yayına qədər idi. O, komandanı 2024-cü ilin yayından çalışdırır.
Yeri gəlmişkən, “Barselona” İspaniya çempionatında 29 turdan sonra 73 xalla liderdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta