Tramp Avropanı Hörmüz boğazı ilə bağlı koalisiyaya qoşulmağa məcbur edir.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı Hörmüz boğazı məsələsi ilə şərtləndirib. O, Avropa ölkələrinin Hörmüz boğazı üzərində nəzarəti təmin etmək üçün yaradılan koalisiyaya qoşulmayacağı təqdirdə, Ukraynaya silah tədarükünü dayandıracağı ilə hədələyib.
Nəşrin məlumatına görə, bu təzyiqdən dərhal sonra NATO-nun bir qrup əsas üzvü yaranmış vəziyyətlə bağlı “müvafiq səylərə öz töhfələrini verəcəklərinə” dair vəd veriblər.
Xuraman Etibarlı
İnterpress.az