AZ

Bakıda bu kafedə olan səs-küyə görə evini satıb gedənlər də var -ŞİKAYƏTVİDEO

Gecələr məhəllədəki səs-küydən təngə gəliblər... Kimisi mənzilində dincələ bilmədiyini  kimisi isə səs küydən evini satıb başqa yerə köçdüyünü iddia edir...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsinin sakinləri illərdir binalarının həyətində fəaliyyət göstərən "Ordubad kafesi" adlanan iaişə obyektinin fəaliyyətindən təngə gəldiklərini deyirlər

İaşə obyektinin icarədarı isə sakinlərin səsləndirdiyi iddialara razılaşdığını və bir neçə gün əvvəl kafenin həyətində müştərilər arasında mübahisə yaranması faktını təsdiqləyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Xətai rayonunda qeyd olunan ünvanda yerləşən ictimai-iaşə obyektində vətəndaşları narahat edən səs-küyün aradan qaldırılması məqsədilə artıq polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. İaşə obyektinin sahibi və digər məsul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tətbiq edilib. Sakinləri narahat edən halın təkrarlanacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi obyekt sahibinin diqqətinə çatdırılıb. Görüntülərdə olan bir qrup şəxsin iştirakı ilə qeydə alınan insidentlə bağlı isə əlavə araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
25
xezerxeber.az

1Mənbələr