AZ

İtalyan rəssam Karavacco haqqında film nümayiş olunacaq

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 1 aprel, AZƏRTAC

Gələn həftə Marquee TV yayım platformasında Karavacco haqqında yeni sənədli filmin premyerası olacaq. “Karavacco” filmi Fil Qrabski və Devid Bikerstaffın rejissorluğu ilə çəkilən “Exhibition on Screen” seriyasından ən yeni işdir.

AZƏRTAC beynəlxalq mediaya istinadən xəbər verir ki, bu tammetrajlı filmdə barokko ustasının həyat və yaradıcılığı nəzərdən keçirilir. Burada sənətkarın karyerasını və tərcümeyi-halını ortaya qoymaq üçün ekspert şərhləri, rəsmlərin təhlili və səhnə görüntüləri birləşdirilir. Film rejissorların beşillik tədqiqatlarının və etdikləri səyahətlərin nəticəsidir.

Qrabski və həmkarı Bikerstaff bundan əvvəl “Exhibition on Screen” seriyası çərçivəsində Van Qoq və Vermeer haqqında filmlər çəkmişdilər. Sonuncu film Britaniya tarixində ən çox gəlir gətirən sənədli film olub və ölkə daxilində 300-dən çox kinoteatrda nümayiş edilib. Bu seriyada filmlərin həsr olunduğu digər sənətçilər arasında Frida Kalo, Edvard Hopper, Rembrandt van Reyn, Anri Matiss, Edvard Munk və Klod Mone də var.

1571-ci ildə Milanda anadan olan Mikelancelo Merizi da Karavacco dramatik realizmi və işıq və kölgədən cəsarətli istifadəsi ilə tanınan italyan barokko sənətçisi idi. O, əsasən Romada çalışıb, burada onun canlı, realist dini səhnələri ona həm şöhrət, həm də qalmaqal gətirib. Çılğın xarakterə malik olan Karavacco 1606-cı ildə adam öldürdükdən sonra məcburən sürgün edilib. O, 38 yaşında vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr