AZ

Siyəzəndə 59 yaşlı qadının meyiti hamam otağında aşkarlanıb

Siyəzən şəhərində ölümlə nəticələnən hadisə baş verib.

Teleqraf-ın əldə etdiyi məlumatına görə, şəhər sakini, 59 yaşlı Sevda Ziyad qızı Zeynalovanın meyiti yaşadığı evin hamam otağında tapılıb. İlkin baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Məlumata əsasən, qadının dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Seçilən
58
teleqraf.com

1Mənbələr